Türkiyənin Qaziantep şəhərində 22 yaşlı Abdulkadir Sədəf xalasıoğlu tərəfindən öldürülüb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abdulkadir Sədəf münasibəti pis olan xalasıoğlu Gökhanın evinə gedib. Onlar arasında mübahisə yaranıb. Mübahisə böyüyüb və dalaşmağa başlayıblar. Dalaşarkən Gökhan üzərindəki silahla xalasıoğluna atəş açıb və hadisə yerindən qaçıb. Silah səsini eşidən insanlar hadisə yerinə polis və təcili yardım çağırıblar.

İlkin tibbi müdaxilədən sonra Sədəfi xəstəxanaya aparıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Öz xalasıoğlunu öldürən Gökhan D. isə polislər tərəfindən saxlanılıb.