20 İyul 2019
19 İyul 2019
Prezident sərəncam İMZALADI
Prezident sərəncamİMZALADI SİYASƏT 18:22 2019-07-11

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. 

Unikal.org xəbər verir ki, sərəncam Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədi daşıyır. 

Sərəncamla Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılıb.  

Nazirlər Kabinetinə Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılıb.