Çinin cənub-qərbindəki Sıçuan əyalətində hərəkətdə olan avtobusun üzərinə iri daşlar tökülüb.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həlak olub, daha 16 nəfər xəsarət alıb.

Hadisə zamanı avtobusda 30 nəfər olub. Qəza yerinə xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib.

Dağıntılar altından bütün sərnişinlərin çıxarıldığı deyilir.