17 Noyabr 2019
16 Noyabr 2019
Prezidentlər telefonla danışdılar - ilk dəfə...
Prezidentlər telefonla danışdılar -ilk dəfə... DÜNYA 20:58 2019-07-11

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib. 

O, təşəbbüsün Ukrayna tərəfindən gəldiyini və telefon söhbətinin bu ölkənin yeni dövlət başçısı ilə ilk təmas olduğunu bildirib.

“Söhbət zamanı Ukraynanın cənub-şərqindəki münaqişənin həlli, hər iki tərəfdə saxlanılan şəxslərin qaytarılması üçün qarşılıqlı addımlar müzakirə olunub”, - deyə Kremldən qeyd olunub. 

Tərəflər Normandiya formatında təmasların davam etdirilməsi imkanlarına dair də fikir mübadiləsi aparıblar.