İspaniyanın "Barselona" futbol klubu heyətini daha bir hücumçu ilə gücləndirib.

Unikal.org  xəbər verir ki, "katalonlar" "Vest Bromviç"in 16 yaşlı hücumçu Lui Berrini transfer edib. 

İngiltərənin U-17 millisinin üzvü "Barselona"nın akademiyasında (La Masia) futbola davam edəcək. 

Qeyd edək ki, L.Berri ötən mövsüm İngiltərə klubunun gənclər komandasında 13 matçda 4 qol vurub.