Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.