“Dilimizdəki istənilən söz sanki bir riyazi düsturdur”
“Dilimizdəki istənilən söz sanki bir riyazi düsturdur”

Fikrət Rzayev: “Dilin mənşəyi ilə bağlı axtarışlarımın ilk qaynağı, daha doğrusu, bulağın gözü milli-azadlıq hərəkatı oldu”

Məlum olduğu kimi, danışıq dilinin mənşəyi barədə lap qədim dövrlərdən başkayaraq ən müxtəlif nəzəriyyələr irəli sürülsə də, bu problem hələ də ciddi bir müəmma olaraq qalır. Qocaman mühəndis Fikrət Rzayevin danışıq dilinin və sözlərin mənşəyi ilə bağlı araşdırmaları respublikanın elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. Qəribəsi budur ki, Fikrət müəllim ixtisasca “humanitar” deyil, “texnar”dır. Onun bu il çapdan çıxmış “Söz” monoqrafiyası Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda dilçi alimlərin iştirakı ilə müzakirə edilıib...
Beləliklə, dillərin və sözlərin mənşəyi barədə suallarımızı mühəndis Fikrət Rzayev cavablandırır.

-Fikrət müəllim, Sizin dilin və sözlərin yaranış prinsipi barədə nəzəriyyəniz respublikanın müvafiq elmi dairələrində ciddi maraq doğurub. Sizdən xahiş edirik ki, bu barədə oxucularımıza da sadə və anlaşıqlı formada məlumat verəsiniz.
-İstənilən dildəki istənilən söz sanki bir riyazi düsturdur. Sözlərdəki danışıq səsləri müəyyən məntiqi əsaslarla birləşərək mənaları ifadə edən konstruksiyalar əmələ gətirir. Sözlərin quruluşunda təsadüfi heç bir danışıq səsi yoxdur. Hər bir danışıq səsi sankli bu düsturun vacib və əvəzedilməz komponentidir.
-Bəs biz danışığımızda istifadə etdiymiz bu fonemləri hazır şəkildə haradan “götürürük”?
-Azərbayccan dilindəki danışıq səsləri və ya fonemlər bizə, həqiqətən də, hazır şəkildə verilib. Onların sayı 33-dür, çünki biz iki səsi yazıda eyni hərflə - “k” ilə ifadə edirik. Başqa dilərdə fonemlərin sayı müxtəlifdir, 28 fonemdən başlayaraq 52 fonemi olan cürbəcür dillər qeydə alınıb.
-Sizin nəzəriyyəniz başqa dillərə də təbiq edilə bilirmi? Yəni bu tezislər ancaq Azərbaycan dili üçündür, yoxsa dünyanın bütün dilləri üçündür?
-Yox. Mən bu il çapdan çıxmış “Söz” kitabımda üç dilin – Azərbaycan, rus və alman dillərinin materiallarından istifadə etmişəm. Nəticə isə çox maraqlı alınıb və müsbət nəticələr ortalığa qoyub. Dil materiallarının mənim nəzəriyyəm əsasında tədqiqi göstərir ki, bütün dünya dillərindəki sözlər eyni prinsip və eyni məna konstruksiyaları əsasında meydana gəlib.
-Yəni dünyanın bütün dilləri eyni səs qanunauyğunluqlarına görə tərtiblənib?
-Bəli. Hələik mənim tədqiqata cəlb etdiyim bu üç dildir və məlum olduğu kimi, Azərbaycan dili fin-uqor dil ailəsinə, rus və alman dilləri isə Hind-Avropa dil ailəsinə mənsubdur. Amma dillər müxtəlif olsa da, danışıq səsləri – fonemlər bu dillərin üçündə də eyni funksiyanı daşıyır və eyni mənaya malikdir. Mən əminəm ki, digər dillərə məxsus sözlər də mənim nəzəriyyəm əsasında yoxlanılsa, nəticə eyni olacaq. Tədqiqata cəlb etdiyim dillərə məxsusn danışıq sələri işlənmə təyinatına görə ciddi fərqlər nümayiş etdirmir.
-Bəs Azərbaycanın elmi ictimaiyyətinin Sizin tədqiqatlara münasibəti necədir?
-Respublikadakı dilçilərin mənim nəzəriyyəmə münasibəti birmənalı deyil və bu da təbiidir. Elmi ictimaiyyət orta məktəb sinfi deyil ki, hamı əlini qaldırıb bir səslə “bəli” desin. Yanaşmalar müxtəlifdir, amma ümumi münasibət müsbətdir.
-Məsələn, dilçilərimizdən kimlər sizin nəzəriyyənizə müsbət şəkildə yanaşırlar?
-Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov və akademik Afat Qurbanov mənim elmi əsərlərimlə ciddi şəkildə maraqlanırlar və araşdırmalarım barədəki ümumi rəyləri müsbətdir. Professor Buludxan Xəlilov həm də mənim “Söz” monoqrafik araşdırmamın elmi redaktorudur və ona ön söz yazıb. Bildiyimə görə, digər dilçilərimiz də hazırda mənim “Söz” kitabımı oxumaqla məşğuldurlar.
-Bildiyimə görə, özünüz ixtisasca mühəndis-mexaniksiniz. Bəs necə oldu ki, mühəndis-mexanik dilin mənşəyi və dildəki sözlərin yaranma mexanizmi ilə maraqlanmağa başladı?
-Bilirsiniz, insan beyni maraq dairəsinə görə çox rəngarəng sahələri əhatə edir. Əgər sən mühəndis-mexaniksənsə, bu o demək deyil ki, sən elə mütləq dəmirdən konstruksiyalar barədə düşünməlisən. İnsan ömrü boyu ancaq eyni predmet barədə düşünə bilməz axı. İnsan beyninin çox macəraları var. Bir də görürsən ki, elə fantastik mənzərələr açılır beynində.
-Amma yenə də hansı fakt, hansı impuls Sizi dilin və sözlərin mənşəyi barədə mülahizələrə gətirib çıxardı? Bu kəşf prosesi necə başladı?
-Hər şey ötən əsrin 90-cı illərində, yəni 20-22 il bundan əvvəl bütün Azərbaycanı bürümüş milli-azadlıq hərəkatı və mitinqlər zamanı başlandı. Mən bir vətəndaş kimi bu mitinqlərin əksəriyyətində iştirak edir və mtinqlərdə çıxış edənlərin nitqlərini diqqətlə izlıəyirdim. Qəflətən bir sual doğdu beynimdə: adamlar niyə məhz bu sözlərlə danışırlar və sözlərdəki səslərin növbələnməsi niyə məhz bu cürdür? Fikir vermədən işlətdiyimiz danışıq səslərinin arxasında hansı sirlər gizlənir? Bu səslərin növbələşməsi niyə məhz bu mənanı formalaşdırır? Göründüyü kimi, bu suallar elə də asan suallar deyildi və onlara cavab tapılmalıydı. Beləliklə, düşünməyə və sözləri təhlil etməyə başladım. Yəni dilin və sözlərin mənşəyi barədəki nəzəriyyəm Azərbaycan xalqının müstəqillik tarixi ilə eyni vaxtda başladı. Mən onu da anladım ki, Azərbaycan xalqı bu milli-azadlıq hərəkatında bir xalq kimi yenidən yaranmağa başlayır və bu zaman tamamilən yeni düşüncə tərzindən istifadə etməlidir. Deməli, bu məqamda sözlərə xüsusi fikir verilməlidir. Bu analıiz prosesi 4-5 il davam etdi və lap sonda danışıq səslərinin hamısının semantikasını, yəni mənasını tapa bildim. Yəni tutaq ki, a səsinin və yaxud t səsinin məna funksiyasını tapdım və gördüm ki, danışıq səsləri bütün sözlərdə eyni vəzifəni yerinə yetirir.
-Deməli, Sizin axtarışlarınıza təkan verən milli-azadlıq hərəkatı oldu?
-Bəli, dilin mənşəyi ilə bağlı axtarışlarımın ilk qaynağı, daha doğrusu, bulağın gözü milli-azadlıq hərəkatı oldu.
-Sözlərin arxitekturası ilə Kainatdakı proseslər, memarlıq abidələrinin quruluşu arasında uyğunluqlar, hansısa bir harmoniya müşahidə olunurmu?
-Sözün düzü, bu istiqamətdə axtarışlar aparmamışam və konkret heç nə deyə bilmərəm. Amma güman ki, müəyyən qanunauyğunluqlar olmalıdır. Amma sözlər üzərində apardığım müşahidələr bunu deməyə əsas verir ki, sözlərlə istənilən hərəkətin arasında müəyyən bağlılıqlar var və bu bağlılıq daha çox istiqamətlə bağlıdır. Kainata gəlincə isə, danışıq səsləri Kainatda baş verən bütün prosesləri ehtiva edə bilir. Yəni danışıq səsləri ilə proseslər bir vəhdət halındadır. Məsələn, saitlər istənilən sözdə istiqamətin müəyyən edilməsinə xidmət edir.
-Bəs saitlərlə samitlərin əsas məna fərqi nədədir?
-Saitlərin əsas işi istiqaməti ifadə etməkdir. Məsələn, “uzun” sözündəki u səsi davamlı məsafəni ifadə edir. Və yaxud u səsi “ulduz” sözündə də eyni funksiyanı daşıyır. Saitlərin məna xüsusiyyətlərini anlamaq üçün bu cəhətə xüsusi diqqət yetirmək lazımdır. Samitlər isə haisələrin özünü, onun əsas, başlıca əlamətlərini göstərir.
-Məşhur alim akademik Marrın vaxtilə belə bir ideyası olub ki, elə bir zaman gələcək ki, səsli danışıq itəcək və insanlar bir-birləri ilə telepatik şəkildə əlaqə saxlayacaqlar, yəni şüur dili yaranacaq. Marr onu da bildirirdi ki, bütün dillər vahid bir dildən yaranıb. Buna Günəş dil nəzəriyyəsi də deyilir. Sizin nəzəriyyənizlə bu nəzəriyyə arasında bir yaxınlıq varmı?
-Haçansa danışıq dilinin itəcəyi barədə ideya ilə razılaşmıram. Çünki onsuz da Kainatda istənilən varlıq tamamilə uzaqdakı varlıqla düşüncə vasitəsilə əlaqə yarada bilir. Belə bir təmas üsulu lap qədimlərdən məlumdur və Kainatda yeganə ünsiyyət forması məhz bu cür baş tutur. Qardaşım və eyni zamanda məşhur medium Vahid Rzayev demişkən, “Kainatın ölçü və miqyasında Azərbaycan dili, dilçiliyi o qədər zəngin olan bir dildir ki, bu dildə Nuh, Xızır, Zərdüşt danışdı, kainatın konstruksiya və mexanikası dilçiliyini bizim əraziyə - azərbaycanlılara gətirib, çatdırdı, bəxş etdi. Onlar fəlsəfə, astronomiya kimi elmi gətirməklə o elmlərdən Yer üzü bəhrələndi. Bütün yüksək elmi mətnlərin qıfılı müəllif, açarı isə oxuculardır. Bütün hallara, hərəkətlərə, həndəsi bucaqlara, varlıqlara baxdımsa da, onları elmdə, elmləri isə onların əhatəsində gördüm. “A” – hərfi kainat konstruksiyasıdır. Alfavitin (əlifbanın) ilk hərfi də “A” - dır. İki istinad xətti bir mütləqə istiqamətlənməklə zirvədə İşıq göstərirsə (piramida tipi), “O” işıqdan (nurdan) yayılan, törəyən şüa şölədirsə, ondan isə zərrələr yayılarsa, biz A - zərlərik (işıqdan zərrə törəyər). A- zər bəydirsə və sonda candırsa (işığın canlısıyıqsa), ona görə biz A - zərlərik. A - zər – bəy - canlılarıq. Yaranışın Nuha qədər, Nuhdan sonra ilkiyik. “Haralısan?” – deyəndə, inciməyək. O mənim “Vətən balamdır, ərazim, torpaq payımdır, Azərbaycanımdır!” Ərazimiz və özümüz Nuha qədər, Nuhdan sonra heç vaxt ətrafımıza, xalqlara, mədəniyyətlərə ziyankarlıqla, saxtakarlıqlarla yanaşmadıq. “O” bizi, ərazimizi tufandan Nuha qədər də, Nuhdan sonra da hifz etdi, qorudu. İşıqla, zərlə yenə də işıqlı etdi. Daş qayalarda (Gəmiqaya, Qobustan, Azıx mağarası) yazılı etdi, tarixlərə başlanğıc etdi. Bütün bəşəriyyət, ərazilərindən asılı olmayaraq, ikihecalı söz başlanğıcından söz deyər. “Nə - nə”, “də - də”, “ba - ba”, “mə - mə” və s. tələffüz edər. Körpələrə biz insanlarmı o ikihecalı məntiqi adlıqları mənimsədirik? Köklü olaraq yox! O körpələr Yer üzündə hansı dili, dilçiliyi təmsil edərlər? Kainat dili, dilçiliyini!. Körpələrin ilk ikihecalı sözlərin tələffüzü “Kainat Dilçilik Akademiyasının məzunlarına” bənzəmirikmi?”
-Elmi araşdırmalarınızı nəşr etdirmək imkanlarınız necədir?
-Təxminən, 15-20 il başladığım tədqiqatları yalnız bu il kitab halında oxuculara çatdıra bildim. Səbəbi isə maliyyənin olmaması idi. Hazırda bu yöndə tədqiqatları əhatə edən ikinci kitabım – “Söz konstruktorluğu” çapdan çıxmaq üzrədir. Bundan əvvəl isə elmi dərgilərdə və bəzi qəzetlərdə yazılarım dərc edilib.
Söhbətləşdi: Savalan