20 İyul 2019
19 İyul 2019
"Neftçi" avrokuboka darmadağınla başladı
"Neftçi" avrokuboka darmadağınla başladı İDMAN 23:03 2019-07-11

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Unikal.org Bakının “Neftçi” xəbər verir  ki, klubu mövsümə səfərdə başlayıb. 

“Ağ-qaralar” Moldovada “Speranta” ilə üz-üzə gəlib. Vaxtilə bu ölkədə çalışan Roberto Bordinin rəqibi daha yaxşı tanıması paytaxt klubunun lehinə olub.

Matçın əvvəlindən təşəbbüsə yiyələnən Topaz Premyer Liqasının gümüş medalçısı yekunda darmadağınla qələbə qazanıb. Oyunda hesabı 16-cı dəqiqədə Emin Mahmudov açıb. "Neftçi"nin kapitanı penaltidən rəqibi cəzalandırıb. 

Bu qoldan sonra daha inamlı təsir bağışlayan Azərbaycan klubu 36-cı dəqiqədə ev sahiblərini yenidən mərkəzə dəvət edib. Stiven Jozef-Monroz "Neftçi"də debüt oyununda qol hesabını açıb. 

İkinci hissədə hər iki komandanın qol şansı olub. Lakin Roberto Bordinin yetirmələri bundan lazımınca yararlanıblar. Rəhman Hacıyev hesabı 3:0-a çatdırıb və oyun da bu hesabla yekunlaşıb.

Komandalar cavab oyununu iyulun 18-də keçirəcəklər. Bu matçda da "Neftçi"nin qalib gələcəyi gözləniləndir.