Konyanın Ilgın mahalında avtomobilin şarampole aşması nəticəsində 6 nəfər yaralanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 09 RR 008 nömrəli avtomobilin sürücü Məcidiyyə Məhəlləsi qovşağında yol kənarına aşıb.

Nəticədə avtomobildə olan - 2 yaşlı Ece Nur, 16 yaşlı Aişə, 51 yaşlı Gülər və 27 yaşlı Müslüm Özaslan, 42 yaşlı Aişə Avcı və 33 yaşlı Azərbaycanlı Aygun Hüseynova yaralanıb.
Yaralılar təcili yardım avtomobili ilə Ilgın Dövlət Xəstəxanasına çatdırılıblar.