16 İyul 2019
15 İyul 2019
Arvadını güllələdi, qayınanasını və özünü öldürdü
Arvadını güllələdi,  qayınanasını və özünü öldürdü DÜNYA 12:28 2019-07-12

Türkiyənin Konya şəhərində 2  uşaq atası İrfan T. Keçmiş həyat yoldaşı Güllü Qoçun sevglisi olduğunu iddia etdiyi Mehmet Kayhana iş yerində ov tüfəngi ilə atəş edərək ağır yaralayıb. 

Bununla kifayətlənməyən İrfan T. Keçmiş qayınanası Sevim Qoçun evinə gedərək onu tüfənglə öldürüb. 

Unikal.org Türkiyə mətbuatlna istinadən xəbər verir ki, icarəyə götürdüyü avtomobillə qaçmağa çalışan İrfan T.  fikrindən daşınaraq həmin ov tüfəngi ilə özünü öldürüb. Sevim Qoçun yaxınları polisə yaşlı qadının qızının keçmiş yoldaşı tərəfindən öldürüldüyünü bildiriblər. 
Polislər İrfan T.-in icarəyə götürdüyü avtomobili izləməyə başlayıblar. Onlar avtomobilin yerini müəyyən ediblər. Həmin adresə getdikdə isə İrfan T.-i avtomobilin içində ölü tapıblar. Onun ov tüfəngi ilə özünü öldürdüyü  bildirilib. Bu hadisədən sonra İrfan T.-in evli olduğu müddətdə həyat yoldaşına şiddət tətbiq etdiyi öyrənilib.