20 İyul 2019
19 İyul 2019
Bakıda “Elvan”ın konfetinin içərisindən iynə çıxdı
Bakıda “Elvan”ın konfetinin içərisindən iynə çıxdı HADİSƏ 12:57 2019-07-12

Bakıda “Elvan” şirkətinin istehsalı olan “Toffix” konfetinin içindən iynəyə bənzər dəmir parçası çıxıb.

Unikal.org Primetime.az-a istinadən xəbər verir ki, bununla bağlı Kamran Əli adlı Bakı sakini sosial şəbəkədə paylaşım edib.

Şikayətçi bildirir ki, iynədən incə dəmir parçasını son anda boğazından çıxarıb.

Şirkətdən verilən məlumata görə isə, Toffix konfetlərindən dəmir çıxması təəccüblüdür:

“Bazarda həmin məhsulun saxtası və bənzəri çoxdur. Biz məhsullarımızın keyfiyyətinə bələdik”.