Türkiyə Rusiyadan aldığı “S-400” zenit-raket komplekslərinin bir hissəsi Ankaraya gətirilib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, “S-400” zenit-raket kompleks sistemləri Rusiyaya məxsus təyyarə ilə Ankara gətirilib. Bu arada sözügedən zenit-raket kompleksinin Anakaraya gətirilmə görüntüsü yayımlanıb.

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu açıqlamasında bildirib ki, S-400 teslimatı iləbağlı prosesin sağlam bir şəkildə davam edəcəyini söyləyib. 

"S-400 razılaşması bitmiş bir razılaşma. Bəzi proseslər onun kənarında davam edir. Biz bu işləri koordinasiya edirik. Təyyarə icazəsi olsun, gələcək personal icazəsi olsun, bu mövzularla əlaqədar proseslər də davam edir. Onsuz da bu məsələ ilə bağlı Milli Müdafiə Nazirliyimiz da lazımlı şərh verib. Hər hansı bir çətinlik yoxdur. Proses bundan sonra da sağlam bir şəkildə davam edəcək".