16 İyul 2019
15 İyul 2019
“Röyanın əvəzinə gəlinlik geyinmişdim” - Tolik (VİDEO)
“Röyanın əvəzinə gəlinlik geyinmişdim”- Tolik (VİDEO) MƏDƏNİYYƏT-ŞOU 13:51 2019-07-12

Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Hər şey daxil” verilişində maraqlı açıqlaması ilə diqqət çəkib.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, o, proqramın qonağı rejissor Ramin Hacıyevdən verilişindəki solisti “Keçəl” obrazına çəkməyi xahiş edib.

Tolik söyləyib ki, əgər solist “Keçəl” obrazına çəkilməyə razılıq verib, saçlarını qırxdırsa, özü “Bahar qızı” olacaq:

“Heydər Əliyev sarayında Röya gəlməmişdi deyə, gəlin paltarı geyinib, səhnəyə çıxmışdım. Burada nə var ki? Obrazdır. Əsas odur ki, gizlincə arvad paltarı geyinib, min hoqqadan çıxmayasan. Bığıburma kişilər var ki, başqa yerdə arvad paltarı geyinirlər. Yeri gələndə, Rəfaellə Coşqundan artıq oğlan deyiləm ki...”.