Hindistanda 18 yaşlı gənc oğlan sarılıq xəstəliyinə tutulub. Xəstəlik öz əlamətlərini yüksək qızdırma və qusma ilə göstərdiyi üçün gənc oğlan xəstəxanaya aparılıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, xəstəxanaya aparıldıqdan 1 həftə sonra komaya girib. Həkimlər öldüyünü hesab ediblər və onu kəfənə sarılmış vəziyyətdə yandırmağa aparmaq istəyiblər. Gənc oğlan anası sayəsində yandırılmaqdan qurtulub.

Belə ki, anası oğlunun gözündən yaş axdığını və hələ də nəbzinin atdığını görüb. Oğlunu evə gətirib və onun qayğısında qalmağa başlayıb. Anası onun xəstəxanadan çıxdıqdan 3 gün sonra yavaş-yavaş özünə gəldiyini bildirib.