Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 250-dən çox qəsəbədə sakinləri iştirak ediblər.

Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər. Qəsəbə sakinlərindən 24 nəfəri fərdi qaydada dinlənilib.

Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin  həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hal-hazırda hazırlanan “2019-2023-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan və qəsəbə ərazisində bu Dövlət Proqramına əsasən görüləcək işlər barədə ətraflı məlumat verilib.