24 Oktyabr 2019
23 Oktyabr 2019
UEFA gəlir bölgüsünü açıqladı: Azərbaycan klubları…
UEFA gəlir bölgüsünü açıqladı:Azərbaycan klubları… İDMAN 16:13 2019-07-12

UEFA növbəti mövsüm üçün Çempionlar Liqası və Avropa Liqasında mübarizə aparan klublara ayırdığı maliyyəni açıqlayıb.

Unikal.org xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və UEFA superkubokunda kommersiya fəaliyyətindən daxilolmalar 3,25 milyard dollar təşkil edəcək. Bu məbləğdən turnirlərin iştirakçılarına 2,55 milyard avro ayrılacaq. Bu məbləğin 2,04 milyard avrosu Çempionlar Liqası və superkubok iştirakçılarına çatacaq.

Çempionlar Liqası

İlkin mərhələ: 230 min avro
Birinci mərhələ: 280 min avro
İkinci mərhələ: 380 min avro
Üçüncü mərhələ: 480 min avro 
Pley off: Bu mərhələ üçün mükafat nəzərdə tutulmayıb. Çünki qalib ÇL-in, məğlub isə Avropa Liqasının qrupunda oynayacağından, onlara mükafat veriləcək.

Qrup mərhələsi: 32 komandanın hər birinə 15,25 milyon avro

Qrupda qələbə üçün: 2,7 milyon avro
Heç-heçə üçün: 0,9 milyon avro

1/8 finala çıxmağa görə: 9,5 milyon avro
1/4 finala çıxmağa görə: 10,5 milyon avro
1/2 finala çıxmağa görə: 12 milyon avro
Finala çıxmağa görə: 15 milyon avro
Çempionlar Liqasının qalibinə: 19 milyon avro

Avropa Liqası

İlkin mərhələ: 220 min avro
Birinci mərhələ: 240 min avro
İkinci mərhələ: 260 min avro
Üçüncü mərhələ: 280 min avro
Pley-off: 300 min avro (yalnız məğlublar üçün. Qalib komanda qrupa vəsiqə qazandığından, onlara mükafat ödəniləcək)

Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro.

Qrupda qələbə üçün: 570 min avro
Heç-heçə üçün: 190 min avro
Qrupun qalibinə: 1 milyon avro
Qrup ikincisinə: 500 min avro

1/16 finala çıxmağa görə: 0,5 milyon avro
1/8 finala çıxmağa görə: 1,1 milyon avro
1/4 finala çıxmağa görə: 1,5 milyon avro
1/2 finala çıxmağa görə: 2,4 milyon avro
Finala çıxmağa görə: 4,5 milyon avro
Qalib: Əlavə 4 milyon

“Qarabağ” ölkəmizi Çempionlar Liqasında, “Qəbələ, “Neftçi” və “Səbail” isə Avropa Liqasında təmsil edir.