Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmdovanın rayonun Hökməli qəsəbəsində sayca 6-cı səyyar qəbul-görüşü keçirilib.

Unikal.org xəbər verir ki, səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edən İ.Gülməmmədova bildirib ki, bundan sonra da kənd və qəsəbələrdə yaşayan sakinlərlə görüşlər keçiriləcək. 

Abşeron RİH başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müseyib İbrahimov, Hökməli bələdiyyəsinin sədri Ramil Orucov hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində məlumat veriblər.

Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildirdilər. Bununla yanaşı yeni salınmış məhəllələrə su, qaz xəttlərinin çəkilməsində və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verildi.