Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, qəza şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. 

Belə ki, yolu keçmək istəyən piyada, 1995-ci il təvəllüdlü Əhmədzadə Səbinə Elçin qızını “KamAZ” markalı yük avtomobili vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. 

Faktla bağlı araşdırm aparılır.