Ölümündən uzun illər keçməsinə baxmayaraq gözəlliyi ilə hələ də diqqət mərkəzində olan Hollivud ulduzu Merilin Monronun diqqət etdiyi xüsusi məqamlar ortaya çıxıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bunlar sadə üsullar olsa da, aktrisanın gözəllik sirləri içərisində mühüm yer tutur. 

O, hər zaman sadə görünüşü və seksuallığı ilə göz önündə olub. İllər keçsə də, qırmızı dodaq boyası ilə hələ də xatırlanan aktrisa bu rəngi almaq üçün qırmızının 5 tonundan istifadə edirmiş. Hazırda dəbdə olan tünd haşiyəni Merilin hələ o zaman tətbiq edib. Dodağının ortasına parıltı verən aktrisa qıraqları tünd rəngli qırmızı dodaq boyası ilə çərçivəyə alaraq daha da böyük görünməsinə nail olub.