Prezident İlham Əliyev Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib.

Unikal.org xəbər verir ki, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına Sabunçu rayonu ərazisində həyata keçirilən yol-tikinti işləri barədə məlumat verib.

İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı yeni yolda avtomobili idarə edib.

Sonra Prezident İlham Əliyev Nardaran qəsəbəsinin sakinləri ilə görüşüb.

Daha sonra Prezident İlham Əliyev Nardaran qəsəbəsindəki Rəhimə xanım ziyarətgahı ilə tanış olub.

İlham Əliyev Nardaranda - Fotolar
İlham Əliyev Nardaranda - Fotolar
İlham Əliyev Nardaranda - Fotolar