22 Avqust 2019
21 Avqust 2019
Qırıcılarımız atəş açdı - FOTOLAR
Qırıcılarımız atəş açdı -FOTOLAR SİYASƏT 11:25 2019-07-13

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazalarından birində yerləşən Su-25 hücum təyyarələri döyüş atışlı uçuş məşqləri keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, uçuş heyətinin döyüş hazırlığının artırılması və yüksək səviyyədə saxlanılması məqsədilə planlı uçuşlar gündüz və gecə vaxtı icra olunub.

Bazalanma aerodromlarından qrup şəklində uçuşlar edən aviasiya vasitələri poliqonlarda işarələnmiş və havadan işıqlandırılan şərti düşmənin yerüstü hədəflərinə müxtəlif kalibrli aviasiya bombaları və raketlərlə hava zərbələri endiriblər.

Planlı məşqlər zamanı qarşıya qoyulan tapşırıqlar uçuş heyəti tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.


  • Qırıcılarımız atəş açdı -FOTOLAR
  • Qırıcılarımız atəş açdı -FOTOLAR
  • Qırıcılarımız atəş açdı -FOTOLAR
  • Qırıcılarımız atəş açdı -FOTOLAR
  • Qırıcılarımız atəş açdı -FOTOLAR