2019-07-08 tarixində Unikal.org-da "ölkəmizin turizm zonalarından sayılan İsmayıllı rayonunun bazarının ətrafı qalaqlanan zibillik içərisindədir" yazısı dərc edilib.

İsmayıllı rayon İcra Hakimiyyəti məsələ ilə bağlı Unikal.org-a rəsmi açıqlama göndərib. Açıqlamada deyilir:

"Sizin saytınızda yayımlanan “İsmayıllı şəhər bazarı zibillik içində - FOTOLAR” başlıqlı yazı ilə tanış olduq.

Yazıda qeyd olunanlar həqiqətəndə turizm zonası olan İsmayıllı rayonu üçün xoşagəlməz haldır. Yaranmış belə problemi aşkarlayaraq üzə çıxardığınız üçün Sizə təşəkkürümüzü bildiririk.

Yazı ilə tanış olan RİH başçısı İşmayıllı şəhər İƏD üzrə nümayəndə, İsmayıllı şəhər bələdiyyəsinin sədri, İsmayıllı Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşları, Kommunal Müəssisələr Kombinatının direktoru, və fəaliyyətdə olan bazarların müdirlərinin iştirakı ilə müşavirə keçirib. Müşavirədə RİH başçısı problemin aradan qaldırılması üçün aidiyyatı üzrə tapşırıqlarını verib.

İsmayıllı rayonu üçün olan xoşagəlməz halın üzə çıxarılaraq vaxtında həll olunmasına dəstək olduğunuz üçün Sizə bir daha təşəkkür edirik".

Qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovdur.