19 Noyabr 2019
18 Noyabr 2019
İnflyasiya yoxdur - Mərkəzi Bank
İnflyasiya yoxdur -Mərkəzi Bank İQTİSADİYYAT 14:20 2019-07-13

Azərbaycan Mərkəzi Bankı (AMB) hesab edir ki, bu il inflyasiya elan edilmiş çərçivədə, yəni 4±2 faiz səviyyəsində qalacaq.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə Mərkəzi Bankdan məlumat veriblər.

AMB-nin hesablamalarına görə, qısamüddətli inflyasiya risklərinin balanslaşdırılmasına imkan verən sabitləşdirici amillər qalmaqdadır.

Qeyd olunub ki, inflyasiyanın sabitləşməsinə təsir göstərən əsas amillər sırasına əlverişli beynəlxalq konyunktur, profisitli tədiyyə balansı, balanslaşdırılmış valyuta bazarı və antiinflyasiya xarakterli monetar şərtlər daxildir.