Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, iyulun 12-də saat 18 radələrində Sumqayıt şəhərinin S.Vurğun küçəsində şəhər sakini A.Absəlimov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən həmyerlisi Səbinə Əhmədzadəni vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.