Abşeron rayonu ərazisində - Bakı-Sumqayıt-Quba yolunun Xırdalan şəhərindən keçən hissəsində yanğın qeydə alınıb.

Unikal.org xəbər verir ki, yolun kənarında 500 kvadratmetr ərazidə Eldar şamı ağaclarının bitdiyi ərazidə baş verən yanğın küləyin təsirindən daha da şiddətlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron rayon dövlət yanğından mühafizə hissəsinin bir neçə texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər alovu söndürüb, onun yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıblar.

İlkin ehtimala görə, hadisəyə magistralla hərəkət edən avtomobillərin birindən əraziyə siqaret kötüyünün atılması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.