26 Avqust 2019
25 Avqust 2019
Bir qadın və iki kişi tutuldu - 15 minlik oğurluq ediblər
Bir qadın və iki kişi tutuldu -15 minlik oğurluq ediblər KRİMİNAL 16:41 2019-07-13

Nəsimidə oğurluq hadisəsi olub.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən mobil telefon və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini K.İbrahimov və Abşeron rayon sakini S.İsmayılov saxlanılıblar. 

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2400 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini R.Hətəmova tutulub.