Əfqanıstanda “Taliban” silahlıları otelə hücum ediblər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki. hücum zamanı 3 nəfər təhlükəsizlik əməkdaşı öldürülüb, 10 nəfər yaralanıb.

Əfqanıstanın Badqis vilayətində yerləşən otel binasını ələ keçirən terrorçularla polis qüvvələri arasında atışma gedir.

İlkin məlumatlara görə, binanı mühasirəyə alan təhlükəsizlik qüvvələri silahlılardan ikisinin öldürüldüyünü açıqlayıb.