25 Avqust 2019
24 Avqust 2019
İranın xarici işlər naziri ABŞ-a getdi
İranın xarici işlər naziri ABŞ-a getdi DÜNYA 19:38 2019-07-13

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-a səfər edib.

Unikal.org-un İRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi bildirib.

Onun sözlərinə görə, Məhəmməd Cavad Zərif BMT-nin İqtisadi və Sosial Şurasının Nyu-Yorkda keçiriləcək illik iclasında iştirak edəcək.

İranlı nazir daha sonra Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak üçün Venesuelaya səfər edəcək.