Sabirabad şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə saat 18:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 43-cü km-də olub.

“90-NN-718” dövlət qeydiyyat nişanlı BMW markalı minik maşını idarəetməni itirərək dirəyə dəyib, daha sonra yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı 2 nəfər dünyasını dəyişib. Fakt araşdırılır.

 

***19:55

Hadisə nəticəsində Usubov Vüqar Qismət oğlu və Usubova Nuridə Qismət qızı dünyasını dəyişib. Avtomobildə olan Usubov Əmirağa Qismət oğlu və Məmmədov Nicat İlkin oğlu isə xəsarət alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.