İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin yetişdirilməsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalıncaq kənd sakini, 1961-ci il təvəllüdlü Seyidov Şahin Alıxan oğlu saxlanılıb.

Unikal.org xəbər verir ki, araşdırma zamanı Ş.Seyidovun Qalıncaq kəndi ərazisindəki meşədə 750 ədəd narkotik tərkibli bitkilər yetişdirdiyi aşkar edilib.

Polis əməkdaşlarının iştirakı ilə narkotik plantasiyası məhv edilib, bitkilər kökündən çıxarılaraq yandırılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma aparılır.