Bəzi enerji içkilərinin istehsalı, satışı və idxalı qadağan ediləcək 

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Real tv"-yə müsahibəsində deyib. 
Agentlik sədri qeyd edib ki, ölkədə enerji içkilərinin tərkibi ilə bağlı xüsusi tənzimləmə işi həyata keçiriləcək. Tərkibində kofeinin miqdarı normadan artıq olan təhlükəli enerji içkilərinin istehsalı, idxalı və satışı qadağan olunacaq. 

AQTA-nın sədri bildirib ki, artıq yaşı 18-ə qədər olan şəxslərə enerji içkilərinin satışı qadağan olunur. Eyni zamanda sağlamlıq mərkəzlərində, müalicə və təhsil müəssisələrində enerji içkilərinin satışının qadağan olunması, uşaq proqramlarında bu içkilərin reklamının dayandırılması tövsiyyə olunur.