Rusiyada ağır yol qəzası baş verib.

Unikal.org bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Başqırdıstanda qeydə alınıb.

Məlumata görə, sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, daha 23 nəfər xəsarət alıb. Qeyd edilir ki, hadisə Ufa-İnzer-Beoreçk magistral yolunda, İrnıkşi qəsəbəsi ərazisində baş verib. Sərnişin avtobusu yoldan çıxaraq yol kənarındakı xəndəyə düşüb və çevrilib. 

Hadisə zamanı avtobusda 39 nəfər olub.