Yamayka əsilli, məşhur idmançı Şoun Roden otel otağında özü kimi idmançı olan qadına təcavüz edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu iddiaların doğru olduğunu sübut edən bəzi dəlillər tapılıb. Məhkəmə məşhur idmançının saxlanılmasına qərar verib. 

Daha sonra isə 750 min dollar pul qarşılığında onun sərbəst buraxıblar. 

Təcavüzə məruz qaldığı iddia edilən qadın kimliyini açıqlamayıb. Peşəkar idmançı Şoun Roden 44 yaşında  "Mr.Olimpiya" ləqəbini qazanmaqla bu mükafata layiq olan ən yaşlı idmançı olub.