Oman Sultanlığının hüquq-mühafizə orqanlarının "İnterpol" xətti ilə axtarışa verdiyi şəxs Bakıda saxlanılıb.

Unikal.org-un məlumatına görə, beynəlxalq axtarışda olan Pakistan vətəndaşı 1981-ci il təvəllüdlü Furqan Varis Özbəkistan paytaxtı Daşkənddən Bakıya gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq polisə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.