22 Avqust 2019
21 Avqust 2019
DANX nümayəndələri Avropa təcrübəsi ilə tanış olacaqlar
DANX nümayəndələri Avropa təcrübəsi ilə tanış olacaqlar CƏMİYYƏT 11:43 2019-07-15

Avtomobil Nəqliyyatı Xidmətinin  nümayəndələri Latviyanın paytaxtı Riqada təşkil olunacaq təlimdə iştirak edəcəklər.

Unikal.org xəbər verir ki, təlim səfəri Avropa İttifaqının “Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti” çərçivəsində baş tutacaq.

Təlim zamanı kommersiya məqsədli sərnişin və yük daşımalarının tənzimlənməsi sahəsində, o cümlədən sərnişin və yük daşıma fəaliyyət növünə sahibkarların buraxılması, daşıyıcılar tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət, sürücülərin iş və istirahət rejiminin təşkili və digər istiqamətlər üzrə Avropa İttifaqı və Latviya təcrübəsi barədə iştirakçılara ətraflı məlumat təqdim ediləcək.

Eyni zamanda kommersiya məqsədli sərnişin və yük daşımalarında iştirak edən avtonəqliyyat vasitələrinin texniki müayinəsi, bu növ daşımaları yerinə yetirən sürücülərin peşə hazırlığı və dövri təlimi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.