Qazaxda piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verib. 

Unikal.org xəbər verir ki, iyulun 14-də saat 22 radələrində Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Çaylı kənd sakini E.Qocayev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini – 12 yaşlı Məhəmməd Aqqıraxlını vurub.

Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qazax RPŞ tərəfindən araşdırma aparılır.