100 illik oteldə yanğın baş verib.   

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Çində tarixi Jianghan otelində yanğın baş verib. Yanğın söndürülüb. Xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb. Otelin tavanı və üst hissəsinə ciddi ziyan dəyib.  

Bildirilir ki, Çinin Vuhan şəhərində yerləşən bu otel 1910-cu illərdə tikilib.