Mingəçevirdə toy məclisində 28 yaşlı qonağı bıçaqlayan şəxs saxlanılıb.

Unikal.org xəbər verir ki, dünən Mingəçevirdəki şadlıq saraylarından birində keçirilən toy məclisində 1991-ci il təvəllüdlü Yevlax rayon sakini Röyal Məmmədovu bıçaqlayan şəxsin kimliyi müəyyən olunub və o, saxlanılıb.

Hadisəni törədən Mingəçevir şəhər sakini Elsevər Mustafayevdir.

Faktla bağlı araşdırma aparılır.