II və III ixtisas qrupları üzrə imtahan nəticələrinin açıqlanacağı tarix məlum olub.

Bu barədə Unikal.org-a Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib. O bildirib ki, cavabların iyul ayının 22-nə qədər elan olunacağı planlaşdırılıb:

“Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən qəbul imtahanının nəticələri iyulun 22-də elan olunacaq".

Qeyd edək ki, ən son iyulun 7-dəII və III ixtisas qrupları üçün qəbul imtahanı keçirilib.