Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəhbəri Qafur Rəhimov prezident səlahiyyətlərindən birdəfəlik əl çəkib.

Unikal.org xəbər verir ki, 68 yaşlı özbəkistanlı funksioner qərarını qurumun rəsmi saytı vasitəsi ilə açıqlayıb.

Bu posta 2 noyabr 2018-ci ildə seçilmiş Rəhimov bu ilin martında prezident səlahiyyətlərini müvəqqəti olaraq təhvil verib. Lakin AIBA-nın Nizamnaməsinə əsasən, o, bir il müddətində vəzifəsinə geri dönə bilərdi. Qurumun İcraiyyə Komitəsi iyunun 27-də müvafiq bəndi sənəddən çıxarmaqla, özbəkistanlı funksioneri geri dönmək hüququndan məhrum edib. Nəhayət, bu gün Rəhimov postunu birdəfəlik tərk etdiyini bildirib.

Qeyd edək ki, Qafur Rəhimovun AIBA-nın prezidenti seçilməsi Beynəlxalq Olimpiya Komitəsini qane etmirdi. Ona görə də boksun Yay Olimpiya Oyunlarının proqramından çıxarılması gündəmdə idi.