Afrika Millətlər Kubokunda Əlcəzair millisi Nigeriyanı 2:1 hesabıyla məğlub edərək, finala vəsiqə qazanıb.

Unikal.org xəbər verir ki, Fransanın Marsel şəhərində qələbəni qeyd edən əlcəzairli azarkeşlərlə polis arasında qarşıdurma yaranıb. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb. Qarşıdurma zamanı 280-dən çox əlcəzairli azarkeşin polis tərəfindən saxlanıldığı bildirilib.

Əlcəzair millisi Afrika Millətlər Kubokunun finalında Seneqal yığması ilə qarşılaşacaq. Görüş iyulun 19-da keçiriləcək.