FHN-dən Unikal.org-a verilən məlumata görə, "Elit" Ticarət Mərkəzində yanğının olması ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir.

"Saat 17:10 radələrində FHN-in müşahidə kameraları tərəfindən "Binə" Ticarət Mərkəzindən xeyli uzaqlıqda, dağın yamacında boş sahədə məişət tullantıların və işlənmiş avtomobil təkərlərinin yandığı müşahidə edilib. Saat 17:50 radələrində yanğın tərəfimizdən söndürülüb" - deyə, FHN-dən bildirilib. 

 

xxx

18:03

Bakıda məşhur ticarət mərkəzi yanır.

Unikal.org  qafqazinfo-ya istinadən xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Elit” Ticarət Mərkəzində yanğın başlayıb.

FHN yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi üçün işlər aparılır.