24 Avqust 2019
23 Avqust 2019
DİN əməkdaşı həbs EDİLDİ
DİN əməkdaşı həbsEDİLDİ DÜNYA 18:35 2019-07-15

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı iyunun 20-21-də Tbilisinin Rustaveli prospektində keçirilən nümayişin dağıdılması zamanı səlahiyyətindən sui-istifadə etməsi səbəbi ilə həbs edilib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Baş prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalar zamanı saxlanılan şəxs nümayişlərin dağıdılması zamanı qeyri-bərabər güc tətbiq edərək vəzifə səlahiyyətlərini aşıb: “Yüksək ictimai marağı nəzəri alaraq bildiririk ki, iyunun 20-21-də keçirilən nümayişin dağıdılması zamanı vəzifə səlahiyyətindən sui-istifadə etdiyi üçün saxlanılan DİN əməkdaşı həbs edilib".