Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Moldova Baş naziri Maya Sandunun Kişinyovdakı “islahatçılar komandasına başçılıq etmək” təklifindən imtina edib.

Unikal.org  oxu.az-a istinadən xəbər verir ki, o, bunu canlı yayım zamanı bəyan edib.

“Hələ onun sələfi və onun bəzi yoldaşları də mənə hətta Moldovanın Baş naziri olmağı belə təklif etmişdilər. Mən bu təklifə belə cavab verdim ki, mən dəvət əsasında çalışan Baş nazir deyiləm. Moldovanlara hörmət edirəm, lakin mən yaşadığım yerdəcə oğrularla mübarizə aparacağam”, - o qeyd edib.

M.Saakaşvili deyib ki, “onun komandasından olan uşaqlar”, həqiqətən də, Kişinyova gedə bilərlər, lakin o, Kiyevdə qalaraq, Ukraynadakı siyasi mübarizədə iştirak etməyi üstün tutur.