Əgər insan uzun müddət istirahətsiz işləyirsə, onun insult riski artır.

Unikal.org  bildirir ki, bunu alimlər deyiblər. Uzun müddətli iş deyəndə isə gün ərzində 10 saatdan çox 50 iş günü nəzərdə tutulub. Belə rejimdə 10 ildən çox işləyən insanlarda insult riski çox yüksəkdir.

Anje universiteti və Fransanın illi sağlamlıq və tibbi tədqiqatlar institutunun alimləri 143 mindən çox insanın iş saatı və digər məlumatlarını incələyiblər. Onların üçdə birinin iş saatı çox olub. Onların da 10 faizi bu rejimlə 10 ildən çox çalışıblar. 1224 insan isə insult keçirib.

Məlum olub ki, iş saatı artan insanlarda insult riski də 29 faiz artıb. Belə rejimdə 10 ildən çox çalışanlarda isə bu risk 45 faiz təşkil edib. Bu isə əsasən 50 yaşdan cavanlara aid olub. Onlar əsasən dəyişən qrafiklə çalışanlar və iş yerində stress hiss edənlər olub.