25 Avqust 2019
24 Avqust 2019
Azərbaycanlı hakim dünya çempionatında
Azərbaycanlı hakim dünya çempionatında İDMAN 23:08 2019-07-15

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov növbəti təyinat alıb.

Unikal.org xəbər verir ki, Məmmədov iyulun 17-də Rusiyanın paytaxtı Moskvada start götürəcək dünya çempionatının seçmə mərhələsinin oyunlarına təyinat alıb. 

İyulun 28-dək davam edəcək yarışda Azərbaycan yığması da iştirak edəcək. Milli iyulun 19-da, 21-də və 22-də müvafiq olaraq Ukrayna, İspaniya və Latviya yığmaları ilə qarşılaşacaq. 

Qeyd edək ki, seçmə mərhələnin 5 ən yaxşı komandası 21 noyabr - 1 dekabrda Paraqvayda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.