Şamaxıda düz yolda avtomobillər öz-özünə hərəkət edir.

Unikal.org xəbər verir ki,  söhbət Şamaxının Dəmirçi-Lahıc avtomobil yolunun Dəmirçi kəndindən keçən hissəsindən gedir.

Şamaxı rayon sakini Elsəvər Rəsulov deyir ki, bu yoldan bir neçə dəfə istifadə edib. Hər dəfə də eyni hadisə ilə qarşılaşıb. Yolun 3-4 kilometrlik hissəsində avtomobilin sürəti getdikcə azalır və əks istiqamətdə hərəkət edir.