Esra Bilgiç boşanan futbolçu Gökhan Töre Alış-Veriş Mərkəzlərinin birində görüntülənib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu kameraları görən zaman bir anlıq panika keçirib. Daha sonra, bibisi qızı ilə birlikdə poz verən futbolçu "Funda xanım bibimin qızıdır. Yanlış bir şey olmasın" deyə bildirib. 

Qeyd edək ki, "Diriliş Ertuğrul" serialında "Halime Hatun" rolunu canlandıran Esra Bilgiç 2017-ci ildə Gökhan Töre ilə ailə həyatı qurub. "Beşiktaş"ın keçmiş futbolçusu Gökhan Töre ilə iyun ayında səssiz-sədasız boşanan Esra Bilgiçdən bir müddətdir xəbər yoxdur.