24 Avqust 2019
Azərbaycanda xanım aparıcı evində ruh aşkarladı (Video)
Azərbaycanda xanım aparıcı evində ruh aşkarladı(Video) HADİSƏ 09:54 2019-07-16

Aparıcı Firuzə Cəlilova (Fira) övladlarının otağında şahidi olduğu qorxunc mənzərəni sosial şəbəkədə paylaşıb.

Unikal.org xəbər verir ki, videoda ruh olduğu ehtimal olunan kölgənin oğlanlarının yatağının ətrafında hərəkət etməsi otaqda olan təhlükəsizlik kamerasına düşüb. Aparıcı iddia edib ki, bu rusların "domovoy" dediyi cinlərdir:

"Şəxsən mən evimdə "domovoy" olduğuna inanıram. Hətta bu varlıq övladlarımı sevir. Həqiqətdə baş verən hadisəni danışacam. Anam bir neçə gün bizdə qalanda uşaq otağında 3 mərtəbəli çarpayı olduğu üçün gecəni orada onlarla bərabər yatırdı. Həmin ərəfədə yuxu problemi olduğu üçün televizor izləyə-izləyə yatırdı. İki gündən sonra uşaq otağındakı televizorun "pult"unu tapmaq üçün evi alt-üst etdik.Lakin tapmadıq. Hətta o zaman zarafatla anama dedim ki, uşaqları axşam narahat edə bilərsən deyə "domovoy"umuz pultu gizlədib. Mənə inanmadı. Anam 10 gündən sonra öz evinə qayıtdı. İnanmayacaqsınız pultu uşaq otağındakı kitab rəfində görünən yerdə tapdım. Bir dəfə yeni ilin ilk günü dostum bizdə qaldı. Səhər oyananda dedi ki, gecəni yata bilməmişəm. Elə bil kimsə ayaqlarını bərk yerə vurub gəzirdi. Həmin vaxt onu qorxutmamaq üçün qonşularımızın gec yatdığını bəhanə etdim. Lakin indi artıq o həqiqətləri bilir."

Qeyd edək ki, Firanin iki oğlu var.