İngiltərənin Mançester şəhərində yaşayan 18 yaşındaki Qabrielle Valşa dostu ilə həftə sonu getdiyi gecə klubundan çıxarkən üç nəfərin hücumuna məruz qalıb. 

Unikal.org xarici mətvuat istinadən xəbər verir ki, Qabrielle və rəfiqəsi gecə saat 3-də gecə klubundan çıxıb evə gedərkən təxminən iyirmi yaşında olan 3 nəfər onlara yaxınlaşıb. Qabrielle ayaqqabılarını çıxarıb ayaqyalın gedirmiş. 

Adamlardan biri ona ayaqlarını çox bəyəndiyini və gənc qızla əylənmək istədiyini deyib. Lakin Qabrielle bu təklifi qəbul etməyib.

Rədd cavabı alan adamlar Qabrielle və onun rəfiqəsini izləməyə başlayıblar. Adamlardan biri gənc qıza yumruq vurub və Qabrielle qısa müddətlik huşunu itirib. Hücuma davam edən şəxslər Qabrielle və dostunu döyüblər.

Ətrafdakı insanlar kömək məqsədi ilə hadisə yerinə yaxınlaşıblar. Hücum edən üç nəfər isə qaçıb. Qıızlar taksi ilə xəstəxanaya göndərilib. Polis hadisədən sonra hücum edən şəxslərin kimliyini müəyyən edib, onları yaxalamaq üçün çalışmalara başlayıb.